Ukraynanın eks-prezidenti Pyotr Poroşenko Ukrayna və Moldovaya Aİ-yə namizəd statusunun verilməsinə emosional reaksiya verib.
"Unikal" xəbər verir ki, o, Putinə rus uşaq yazıçısı Samuel Marşakın uşaq şeirindən sitat gətirərək müraciət edib.
“Nə, Putin, yenə hamını döydü? Ukrayna Aİ üzvlüyünə namizəddir. Və Marşakın dediyi kimi, "Axmaq nəyi etmirsə, o, səhv edir. Biz NATO üzvlüyünü gözləyirik”, - Poroşenko bildirib.
Xatırladaq ki, iyunun 23-də Avropa İttifaqının liderləri Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusunun verilməsinin lehinə səs veriblər. Dünya və Ukrayna siyasətçiləri öz sosial şəbəkələrində bu tarixi qərarı emosional mesajlarla qarşılayıblar.
Gülayə Mecid