"Müəllimlərin maaşı artırılmalıdır. Bu gün dəcəl, özündənrazı, 1000 manatlıq telefonu olan şagirdlərə dərsə deyən müəllimlər qəhrəmandır".
"Unikal" xəbər verir ki, bunu deputat Aqil Abbas İTV-də çıxışı zamanı deyib. Deputat bildirib ki, şagird müəllimdən qəşəng geyinir, telefonu müəllimdə olandan bahalıdır:
"Şagird məktəbə maşınla, müəllim isə avtobus, metro ilə gəlir. Müəllimlik çox çətin və şərəfli peşədir", - deyə A.Abbas qeyd edib.