İyunun 26-sı saat 16 radələrində Lənkəran rayonu ərazisində 1990-cı il təvəllüdlü Samir Novruzovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Lənkəran rayon prokurorluğundan "Unikal"a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1975-ci il təvəllüdlü Qulam Səlimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Samir Novruzova bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qulam Səlimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.