Fransada hava yolu şirkətlərində çalışan yer xidməti işçiləri iki günlük tətil qərarı verdikdən sonra hava limanlarında uzun növbələr yaranıb.

"Unikal" xəbər verir ki, Fransada hava yolları şirkətlərinin yer xidmətlərində çalışan personal 30 iyun-1 iyul tarixləri arasında tətil etmək qərarına gəlib. Bundan əlavə Mülki Aviasiya Baş İdarəsi hava yollarından uçuşları yüzdə 17% azaltmalarını istəyib.

Tətil Parisdəki Şarl de Qoll və Ruassi hava limanlarının bəzi reysləri ləğv etməsinə səbəb olub. Şarl de Qoll hava limanına və oradan reyslərin 10 faizi ləğv edilsə də, 4 uçuş-enmə zolağından 2-si yerli vaxtla saat 07:00-14:00 arasında bağlı qalıb. Ölkənin bayraq daşıyıcısı Air France-ın 62 uçuşu ləğv etdiyi məlum olub. 

Gültəkin