"Ölkəmizin ərazisinin 20 faizə yaxını müharibə nəticəsində tamamilə dağıdılıb".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, 30 ilə yaxın işğal müddətində Qarabağda infrastrukturun dağıdılması, əmlakın barbarcasına mənimsənilməsi Azərbaycana milyardlarla ziyan vurub:
"Hazırda dəymiş ziyanın konkret məbləği hesablanıb yekunlaşmaq üzrədir. Son 2 ildə işğaldan azad olunan ərazilərimizin bərpası üçün dövlət büdcəsindən 4 milyard 870 milyon manat vəsait ayrılıb. Azərbaycan heç bir xarici yardım olmadan azad olunan əraziləri bərpa edir və yenidən qurur. Bununla yanaşı, Ermənistanın işğalı nəticəsində dəymiş ziyanın məbləği kifayət böyükdür və bu isə o deməkdir ki, bərpa prosesi böyük vəsait tələb edəcək".