Bərdə rayonunda 80 yaşlı kişi arvadı tərəfindən döyülüb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Gərənə kəndində baş verib.
Belə ki, kənd sakini 1942-ci il təvəllüdlü Cəfərov Hidayət Hüseyni oğlu 2-ci həyat yoldaşı Cəfərova Serbiya Kərim qızı tərəfindən işgəncələrə məruz qalıb. H.Cəfərovun övladlarının verdiyi məlumata görə, S.Cəfərova atalarını evin zirzəmisində saxlayıb.
H.Cəfərov övladları tərəfindən xəstəxanaya gətirilib. Müayinə zamanı bədəninin müxtəlif nahiyələrində ütü ilə yanıq və döyülmə izləri aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Həsən Adıgözəlov