"Dövlət Gömrük Komitəsi 2022-ci il yanvar-iyun ayları üçün nəzərdə tutulan büdcə öhdəliklərini 122,41 faiz yerinə yetirib".
"Unikal" xəbər verir ki, bunu DGK-nin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev bildirib.
"İlkin məlumata görə, 2 milyard 530,79 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 463,69 milyon manat artıq deməkdir", - deyə o əlavə edib.