Avropada qazın qiymətinin növbəti artımı Norveçdə işçilərin tətili ilə bağlı olub.
Bu barədə “Unikal” Bloomberg agentliyinə istinadən xəbər verir.
Lederne rəhbərliyinin həmkarlar ittifaqı tətili səbəbiylə üç mədən çərşənbə axşamı bağlanacaq. Nəşr qeyd edib ki, tətilçilərin tələbləri yerinə yetirilməsə, çərşənbə günü daha üç sahənin fəaliyyəti dayandırılacaq.
Saxo Bank-ın əmtəə strategiyasının rəhbəri Ole Hansenin fikrincə, yüksək qaz qiymətləri nə vaxtsa bazarı sabitləşdirməyə kömək edə biləcək tələbi tamamilə məhv edir.
Agentlik qeyd edib ki, qazın qiymətinin qalxması artıq Almaniyada inflyasiyanın artmasına səbəb olub. Bu da öz növbəsində cəmiyyətdə böyük təlatümlərə səbəb olacaq. Eyni zamanda, ölkədə ümumi qaz istehlakının 35%-dən çoxu sənayeyə gedir.
Ramil Zeynallı