TikTok qısa videoların yaradılması və baxılması xidməti Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik ilə Ukrayna millətçi hərəkatının təşkilatçısı Stepan Bandera haqqında danışdığı müsahibədən bir parçanı bloklayıb.

Bu barədə "Unikal" "Spiegel"-ə istinadən xəbər verir.

Nəşr bloklanmaya səbəb kimi icma qaydalarının pozulmasını göstərir.

“Spiegel” yazır ki, TikTok öz qərarını daha sonra şərh etmək niyyətindədir.

Melnik bir müddət əvvəl alman jurnalist Tilo Yunqa müsahibə verərək, o, Stepan Banderanı "azadlıq uğrunda mübariz" adlandırıb. Səfir həmçinin bildirib ki, Banderanın nasist Almaniyası ilə heç bir əlaqəsi olmayıb və İkinci Dünya Müharibəsi illərində ukraynalı millətçilərin dinc polyakların Volınya və Qalisiyada törətdikləri qırğınlar qarşı tərəfdən “çoxlu qətllər və vəhşiliklər” olması ilə izah olunur. Bundan əlavə, ukraynalı diplomat Polşa tərəfinin bu əhvalatı siyasiləşdirəcəyinə əminliyini ifadə edib.

Ramil Zeynallı