İqtisadiyyat Nazirliyinin Ağdam Sənaye Parkının rezidenti olmaq üçün sahibkarlar ümumi investisiya dəyəri 60 milyon manatdan çox olan 15 layihə təqdim edib.
"Unikal" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"Hazırda baxılan bu layihələrin reallaşdırılması nəticəsində 800 nəfər daimi işlə təmin ediləcək", - deyə nazir qeyd edib.