Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 4-də Bakı şəhər sakini Ə.Məmmədovanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş F.Səfərov saxlanılıb.
"Unikal" xəbər verir ki, şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.
Polis əməkdaşları tərəfindən onun Bakı şəhər sakini F.Hətəmovanın mobil telefonunu oğurlaması da müəyyən olunub. Araşdırma aparılır.