Azərbaycan və İran Azərbaycan-İran sərhədində “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının və Araz çayı üzərində su elektrik stansiyalarının tikintisi üzrə işlərin sürətləndirilməsi barədə razılığa gəliblər.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov tvitterdə bildirib.
“Bakıda İranın energetika naziri Əli Əkbər Mehrabian ilə geniş görüşdə biz Xudafərin və Qız Qalası su elektrik stansiyalarının, eyniadlı su elektrik stansiyalarının tikintisi üzrə işləri sürətləndirmək və tikinti işlərinin başa çatdırılması barədə razılığa gəldik”, - deyə Şahbazov Twitter mikrobloqunda yazıb.
Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı nazirlər bu layihələrin həyata keçirilməsi istiqamətində atılacaq gələcək addımları müzakirə ediblər və “iki ölkə arasında enerji əməkdaşlığı gündəliyi”nin digər məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Nazir daha əvvəl bildirmişdi ki, quraşdırılmış gücü 200 MVt olan “Xudafərin” SES-in və 80 MVt-lıq “Qız Qalası” SES-in tikintisinin 2024-cü ilə qədər başa çatdırılması planlaşdırılır.
Gültəkin Ələsgər