Ölkə ərazisində fəaliyyət göstərən 1600-dən çox məktəbəqədər təhsil müəssisəsindən 1000-ə yaxınında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq yoxlama-nəzarət tədbirləri keçirilərək inzibati intizam tədbirləri görülüb.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov deyib.
Aparat rəhbəri bildirib ki, nəticələr haqqında məlumatlar Təhsil Nazirliyinə təqdim olunub:
"Gələcək perspektivdə ölkə qarşısında duran əsas çağırışlardan biri, xüsusilə yeniyetmələrin, şagirdlərin düzgün qidalanmasının təşviq edilməsi, qida təhlükəsizliyi məsələlərinə diqqətin artırılmasından ibarətdir".