“Gələn ildən məktəblərin bufetlərinin yoxlanılması planlaşdırılır”.
"Unikal" xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.
O bildirib ki, sağlam qidalanma ilə bağlı valideynlərlə də mütəmadi olaraq maarifləndirici işlər aparılmalıdır:
“Hazırda 1 milyon 600 min şagird var. Onlar yalnız vaxtlarının bir hissəsini məktəbdə keçirirlər. Hesab edirəm ki, uşaqların sağlam qidalanması ilə bağlı valideynlərlə də sıx işlər görülməlidir”.