Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə mütəmadi olaraq vətəndaşlarla görüşür, onların təkliflərini dinləyir və qayğılarını daim diqqət mərkəzində saxlayır.
"Unikal" xəbər verir ki, RİHB başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 7 iyul 2022-ci il tarixində Sumqayıt şəhər İnşaatçılar qəsəbəsində yerləşən Qubadlı rayon İşıqlı kənd tam orta məktəbində olub.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH-in məsul işçiləri, icra nümayəndələri iştirak edib.
Qəbul zamanı 17 məsələ qaldırılmışdır. Həmin məsələlərdən 9-u yerində həll olunmuş, 8-i isə baxılması üçün nəzarətə götürülüb. Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyatı təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Daha sonra rayon icra hakimiyyətinin başçısı Malik İsaqov məktəb kollektivi ilə görüşüb və onların problemlərini dinləyib.
Sonda sakinlər 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun düşməni məhv edib torpaqlarımızı azad etməsinə və azad olunmuş torpaqlarda başlanmış böyük quruculuq işlərinə görə, eləcə də göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Səyyar qəbuldan razı qaldıqlarını bildirən sakinlər RİH başçısı Malik İsaqova göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.