"Kapital Bank" "BirKart"ın rebrendiniqini həyata keçirib.
"Unikal" xəbər verir ki, artıq "BirKart" məhsulu müştərilərə Birbank kartı kimi təqdim ediləcək. Tam yeni dizaynlı "Birbank" debet və taksit kartları 3 növdə olacaq – "Cashback", "Umico" və "Miles". Yeni kartlar "BirKart"ın bütün üstünlüklərini özündə cəmləşdirməklə yanaşı yeni özəlliklərə də malikdir.
Bütün "Birbank" kartlarının həm taksit, həm də debet növü mövcuddur. "Birbank" "Cashback" kartı sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-dək keşbek, "Birbank" "Umico" əlavə "Umico" bonusları, "Birbank" "Miles" isə istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. "Birbank" "Cashback" debet kartları ilə ay ərzində 4000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. Həmçinin "Birbank" "Miles" və "Birbank" "Umico" kartları ilə ay ərzində 4000 manatadək Kapital Bank-a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır. "Birbank" taksit kartı istifadəçiləri isə 63 günədək güzəşt müddətindən faydalana bilərlər.
Qeyd edək ki, "Birbank" kartı 2016-cı ilin əvvəlində "BirKart" adı ilə istifadəyə verilmiş və qısa müddət ərzində insanların rəğbətini qazanmışdı. Hazırda "Birbank" kartı Azərbaycanın taksit kartlar bazarında 60% paya sahibdir.
"Birbank" kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi, loyallıq sistemləri və pulsuz SMS məlumatlandırma xidməti. Birbank kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.
"Birbank" kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın "Facebook" və "Instagram" səhifəsinə müraciət edə bilərsiniz. "Birbank" kartını sifariş vermək üçün "Birbank" tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, "WhatsApp" vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya "Birbank" mərkəzlərinə müraciət edin.