Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclərin Avropa çempionatında növbəti dəfə finala yüksəlib.
"Unikal" xəbər verir ki, 18 yaşlı idmançı yarımfinal mərhələsində 100 metr məsafəyə batterflay üsulu ilə üzmə növündə finişə 54,11 saniyəyə çatıb.
Final iyulun 8-də olacaq.
Qeyd edək ki, Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə bürünc medal qazanaraq tarixi nəticəyə imza atıb.