Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan geri çağırılır.

"Unikal" xəbər verir ki,  bunu "Hraparak" qəzeti məlumat yayıb. Bildirilir ki,  onun yerinə  uzun müddət diplomat işləyən Aşot Smbatyan göndəriləcək.

"R. Sadoyan 2017-ci ildə Gürcüstana səfir təyin edilib. Həmin vaxt onun təyinatı böyük səs-küyə səbəb olmuşdu, çünki diplomatik iş təcrübəsi olmayan keçmiş deputatın səfir göndərilməsinin onun Gürcüstanda biznesinin olması, bunun sayəsində gürcü ilə isti əlaqələr qurması ilə izah edildiyi bildirilirdi. Ancaq o,  istənilən nəticəni vermədi", - deyə KİV qeyd edib. 

Gülayə Mecid