Bakı Apellyasiya Məhkəməsinin hakiminin səlahiyyətinə vaxtından əvvəl xitam verilib.
"Unikal" xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında Bakı Apellyasiya Məhkəməsinin hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi müzakirəyə çıxarılıb.
Belə ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Eyvaz qızı Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
Məsələ haqqında məlumat verən deputat Nizami Səfərov bildirib ki, hakim E.Nağıyevanın fəaliyyətində ciddi nöqsanlar olduğuna görə onun səlahiyyətlərinə xitam verilməsi təklif edilib.
Anar Kəlbiyev