Milli Məclisdə Azərbaycan-Əlcəzair parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu yaradılıb
"Unikal" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, İşçi Qrupuna deputat Mahir Abbaszadənin rəhbər olması təklif edilib.
Məsələ səsverməyə çıxarılaraq qəbul olunub.
Qeyd edək ki, bununla da Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayı 84-ə çatıb.
Anar Kəlbiyev