Milli Məclis yanında Toponimiya Komissiyasının katibi dəyişib.
"Unikal" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, bu vəzifəyə İskəndərov Cavid Nizami oğlu gətirilib.
Qüvvədə olan qərara əsasən, komissiyanın katibi Məmmədzadə Aqşin Təvəkkül oğlu idi.
Qeyd edək ki, Cavid İskəndərov parlamentin Dövlət quruculuğu, İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati ərazi və bələdiyyə məsələləri üzrə qanunvericilik sektorunun müdiridir.
Anar Kəlbiyev