ABŞ dövlət katibi Entoni Blinken G20 ölkələrinin xarici işlər başçılarının Balidə (İndoneziya) keçirilən iclasının qapalı hissəsində Rusiya nümayəndə heyətinə Ukraynanın suveren dövlət olduğunu xatırladıb.

"Unikal" xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb. 

Belə  ki, o, rusiyalı həmkarlarına, "Ukrayna sizin ölkəniz deyil. Onun taxılı sizin taxılınız deyil. Niyə limanları bloklayırsan? Siz taxıl ixracına icazə verməlisiniz”, - deyib  

Həmçinin Blinken bu hərəkətinə görə Moskvanı qınayıb. 

Gülayə Mecid