İyulun 8-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Yüksəliş” müsabiqəsinin qalibləri Ruslan Mirzəliyev, Orxan Qazı Zadə, Elçin Mirzəzadə ilə görüşüb.

"Unikal" xəbər verir ki, görüşdə yüksək idarəetmə və liderlik keyfiyyətlərinə malik kadrların fərdi inkişafının dəstəklənməsi və perspektiv rəhbər şəxslərin peşəkar səriştə və idarəçilik təcrübələrinin artırılmasında “Yüksəliş” müsabiqəsinin əhəmiyyəti vurğulanıb. Əhməd İsmayılov qaliblərə rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, media islahatları çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Media sahəsində qaliblərin fikirlərini dinləyən Əhməd İsmayılov onların mediaya dair məsələlərlə bağlı suallarını cavablandırıb, yeni təkliflər haqqında fikir mübadiləsi aparıb.