Braziliya prezidenti Jair Bolsonaro Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin vəfatı ilə əlaqədar üç günlük milli matəm elan edib.

"Unikal" xəbər verir ki, bu barədə o, Twitter hesabında yazıb.

“Yapon xalqına hörmətimizin, Şinzo Abe ilə Braziliyanın dostluğuna görə təşəkkürümüzün və əsassız qəddarlıq qarşısında həmrəyliyimizin əlaməti olaraq bütün ölkədə üç günlük rəsmi matəm elan etdim... Abe ailəsi və yapon qardaşlarımız və Rəbbin bu kədər anında onların ruhlarına qayğı göstərməsini diləyirik”, - Bolsonaro yazıb.

Braziliya rəhbəri Şinzo Abeni də “parlaq lider və ölkənin böyük dostu” adlandırıb.

Ramil Zeynallı