"Rus Pravoslav Kilsəsinin Patriarxı Kirilə qarşı sanksiyaları yalnız satanistlər tətbiq edə bilər".

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Kanadanın hərəkətlərini şərh edərkən bildirib:

"Yalnız satanistlər patriarxa qarşı sanksiyalar tətbiq edə bilərdi", - Zaxarova deyib.

Qeyd edək ki, bu gün Vladimir Mixayloviç Qundyaev (Patriarx Kirill) Kanadanın yeni sanksiyalarına məruz qalıb.