"Tottenhem" "Barselona"nın müdafiəçisi Kleman Lanqleni heyətinə qatıb.
"Unikal" xəbər verir ki, London təmsilçisi fransalı futbolçunu növbəti mövsümün sonuna kimi icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, 2018-ci ildən Kataloniya klubunda çıxış edən 27 yaşlı oyunçu 160 matçda 7 qolla yadda qalıb.