Xəbər verdiyimiz kimi, Şri-Lankanın paytaxtı Kolomboda etirazçılar ölkə prezidenti Qotabaya Racapakasanın iqamətgahına daxil olublar.

"Unikal" xəbər verir ki, onlar prezidentin iqamətgahını ələ keçiriblər. Böhrandan əziyyət çəkən insanlar prezidentin lüks iqamətgahında əyləncə keçiriblər. 

Belə ki, ərazidə nəhəng üzgüçülük hovuzunu görən etirazçılar hovuzda üzmək qərarına gəliblər. Onların hovuz kənardakı əyləncə anları sosial mediada gündəm mövzusuna çevrilib. 

***12:49

Şri-Lankanın paytaxtı Kolomboda etirazçılar ölkə prezidenti Qotabaya Racapakasanın iqamətgahına daxil olublar.

"Unikal" xəbər verir ki, bu barədə "Frans-Press" agentliyi bildirir.

Qeyd olunur ki, dövlət başçısı etirazçıların əraziyə daxil olmasından qısa müddət əvvəl iqamətgahı tərk edə bilib. Hazırda onun yeri barədə məlumat verilmir.

Şri-Lankada sakinlər uzun müddətdir ki, ölkədə kəskin inflyasiyaya etiraz edir.

Hazırda Şri-Lankanın xarici borcları 51 milyard dollara çatıb. Bir neçə ay əvvəl ölkə borclarla bağlı defolt elan etmişdi.