Ukrayna ordusunun azərbaycan əsilli hərbçisi dünya azərbaycanlılarına müraciət edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski "Facebook"da məlumat verib. 

Video müraciətdə ailəsi ilə Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edən səfir, daha sonra azərbaycanlı hərbçinin müraciətini də sözügedən videoya əlavə edib.