Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bütün bəyanatlarına baxmayaraq, Rusiyaya sanksiyaların qarşısını almaqda fəal şəkildə kömək etməkdə davam edir.

"Unikal" xəbər verir ki, bunu “Radio NV”nin efirində qazaxıstanlı müxalifətçi, jurnalist Aydos Sadıkov deyib.

Belə ki, aparıcının "Qazaxıstan sanksiyalardan yayınmaqda Rusiyaya fəal kömək etməkdə davam edir. Bəs bu məqamlar onun Sankt-Peterburqdakı forumdakı bəyanatları və ya neft ixracı üçün Rusiyadan yan keçməyin başqa yollarını axtarmaq zərurəti ilə bağlı hazırkı bəyanatları ilə bağlı nələrdir?" sualına, "Axı bunlar hələ sözdür, biz heç bir real əməl görmürük. Bu gün biz Tokayevin həqiqətən də Rusiyadan uzaqlaşması ilə bağlı bir dənə də olsun real fakt görmürük - bir dənə də olsun fakt yoxdur", - deyə Sadıkov cavab verib. 

Xatırladaq ki, bir müddət əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin milli neft-qaz şirkətinə Rusiyadan yan keçməklə neft satışının qurulması barədə göstəriş verdiyi bildirilirib. 

Bundan əvvəl isə Tokayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna (SPIEF) səfəri zamanı  qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın tanınmasının mümkünsüzlüyünü bəyan edib.

Gülayə Mecid