Rusiyada Qazaxıstanın şimalında üç rayonu işğal etmək arzusundadırlar. Bundan həm əhali, həm də ölkə prezidenti Kasım-Jomart Tokayev məlumatlıdır.

"Unikal" xəbər verir ki, bunu "Kanal 24"ün efirində Strateji Araşdırmalar və Təhlükəsizlik İnstitutunun direktoru Pavel Lisyanski deyib.

"2014-cü ildə Kreml "Rus baharı"nı təşkil edəndə və biz Ukrayna ərazisinin bir hissəsini itirəndə Qazaxıstan qanunvericilikdə separatizmə görə cinayət məsuliyyətini artırıb", - o deyib.

Lisyanskinin fikrincə, Qazaxıstan Kremlin gələcəkdə onların ərazilərinə daxil olmaq cəhdlərini nəzərdə tutur, çünki ölkə belə bir siyasət aparır, indi hamı bunu müşahidə edir.