Türkiyənin Van vilayətinin Tuşba rayonunda 4.1 bal gücündə zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 12:37-də yerin 5 kilometr dərinliyində qeydə alınıb. Təbii fəlakətdən ölən və yaralananlar barədə hələlik məlumat açıqlanmır.