Rüstəm İbrahimbəyov ölkədən qaçıb
10:56 28-02-2013
İQTİSADİYYAT
O, geri qayıtmaq niyyətində deyil
Bir müddət öncə aktiv siyasətə atılan və hakimiyyətə qarşı barışmazlıq nümayiş etdirən Rüstəm İbrahimbəyov daha sonra Rusiyanın əlində bir vasitəyə çevrildi. Azərbaycanda biznes maraqlarını istədiyi kimi həyata keçirə bilməyən Rüstəm İbrahimbəyov bu səbəbdən siyasətə atıldı və ətrafına müəyyən ziyalıları da topladı.
Amma sonradan bu ziyalılar Rüstəm İbrahimbəyovun demokratiya, dövlətçilik naminə yox, öz kommersiya maraqlarını təmin etmək üçün siyasətə atıldığını görüb kənara çəkildilər. Amma Rüstəm İbrahimbəyov daha da qabağa gedərək “EL” hərəkatı yaradacağını və müxalifəti bir araya yığacağını söyləmişdi. Düzdür, ənənəvi müxalifət də Rüstəm İbrahimbəyovun siyasətinə, başladığı proseslərə həvəslə dəstək vermədilər və “EL” hərəkatında iştirak etməyəcəklərini də bəyan etmişdilər. Çünki müxalifətdə Rüstəm İbrahimbəyovun səmimi olmadığını bilirdi.
Bundan başqa həm də məlum oldu ki, Rüstəm İbrahimbəyov rəhbəri olduğu təşkilat vasitəsi ilə mənimsəmələrə yol verib və vergidən yayınıb. Buna uyğun olaraq da Rüstəm İbrahimbəyov başda olmaqla bu qanunsuzluqda iştirak edən şəxslər haqqında araşdırma aparıldı. Elə həmin anda Rüstəm İbrahimbəyov müxtəlif bəhanələri əsas gətirərək ölkədən qaçdı. Hazırda xarici ölkələrdə iş gördüyünü deyən Rüstəm İbrahimbəyov əslində siyasətdə naşı olduğunu görüb oyundan qaçmaq istəyir. Onun son açıqlamasıda bunu təsdiqləyir:-“Mənim özümlə bağlı heç bir problem yoxdur.
Yəni vətənə qayıtmaqda problem görmürəm. Amma məsələ ondadır ki, mən başqa informasiyalar alıram. Həmin məlumatlara görə, vətənə qayıdacağım halda məni istintaqa çağırmaq, sorğu-sual etmək istəyirlər. Düzdür, bununla bağlı rəsmi məlumat yoxdur. Hesab edirəm ki, hökumət bu informasiyaları qəsdən yayır. Amma onu deyim ki, bu yaşımda belə qanunsuz, əsassız, mənasız işlərə qarışmaq, buna vaxt ayırmaq niyyətim yoxdur. Axı heç buna ehtiyac da yoxdur. Çünki mənim əsas işim ictimai-siyasi fəaliyyət deyil, yaradıcılıq məsələləridir. İctimai-siyasi işlərlə bir vətəndaş kimi məşğul oluram. Başqa sahələrdə xeyli işim var. Böyük problemləri həll edirəm və etməliyəm.Azərbaycana ona görə gəlirdim ki, ora mənim vətənimdir. Vətən üçün darıxıram. Əgər vətən mənə belə münasibət göstərirsə, deməli, fasilə verməliyəm və bunu edirəm”. Rüstəm İbrahimbəyov bunu da əlavə edib ki, Bakıya qayıdıb-qayıtmayacağını martda müəyyənləşdirəcək. Ən gülməli bir məqam isə onun nə cür qorxaqlıq nümayiş etdirməsi oldu. Bir ay öncə dövlətçilik üçün ölməyə belə hazır olduğunu bildirən Rüstəm İbrahimbəyov indi həbs olunmağından belə qorxaraq,həbsə düşməyəcəyini deyir:-“ Bunu nəyə görə etməliyəm? Mən bəyəm dəliyəm? Normal insanam və hər şeyi aydın görürəm. Bunu yalnız siyasi lider, prezident olmaq istəyən şəxs edər. Çünki belə siyasi xarakterli həbs siyasətçinin nüfuzunu daha da artırır. Mən sıravi vətəndaş və ziyalı kimi mövqeyimi hər zaman bildirirəm. Əgər məni türməyə salsalar, bu imkanlar əlimdən alınacaq. Buna zərurət varmı? İndi könüllü gedib özümü təslim etməliyəm ki, məni türməyə basın? Mən bunu etməyəcəm. Ölkəyə gəlməyim heç nəyi dəyişmir, vəziyyətə bir faiz də olsun təsir göstərmir. Mənim gəlməyim kimə, hansı formada kömək edir? Kənarda olsam da, proseslərin içindəyəm. Hazırda kommunikasiya vasitələri inkişaf edib, internet, telefon var. Hansı ölkədə olmağımdan asılı olmayaraq fikirlərimi çatdıra bilərəm.”. Gördüyünüz kimi Rüstəm İbrahimbəyov açıq şəkildə Azərbaycana gəlməkdən qorxduğunu söyləyir və bir daha sübut etdi ki, əslində ətrafına topladığı ziyalılarıda öz maraqlarına görə qurban verməyi bacarır. Çünki ortaya haqlı sual çıxır ki, əgər özün həbsdən, hansısa təzyiqdən qorxursansa onda digər ziyalıları niyə qabağa verirsən? Ekspertlər bildirir ki, Rüstəm İbrahimbəyov bu addımı ilə özünü tam olaraq iflic etdi və çox güman ki, yaranacaq “EL” hərəkatıda doğuşu ilə ölümə məhkum olacaq. Çünki ideyanın müəllifi qorxaqlıq nümayiş etdirib, şəxsi maraqlarına görə ətrafındakılardan kənarlaşırsa heç kim onun ideyasının səmimiliyinə də artıq inanmayacaq. Tanınmış alim Rafiq Əliyev məhz buna görə bir müddət öncə bəyan etmişdi ki, onun yeni hərəkata heç bir aidiyyatı yoxdur. Belə olan halda bu ideyanı yalnız Eldar Namazov həyata keçirə bilər. Belə olacağı təqdirdə isə heç bir müxalifət lideri onun rəhbərliyi ilə birlik çağırışını qəbul etməyəcək.
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40