Ötən aylarda qəsdən sağlamlığa ağır zərər vurma, cinayətkar birlikdə iştirak etmə, rüşvət vermə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, dələduzluq cinayət əməllərinin törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilən bir sıra şəxslər Ədliyyə Nazirliyi tərəfindən Almaniya, Polşa, Türkiyə, İran və Ukraynadan ölkəmizə gətirilib.
Bu barədə "Unikal"a Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu günlərdə isə qanunsuz olaraq psixotrop maddələrinin dövriyyəsi ilə bağlı cinayət əməlinin törədilməsində təqsirləndirilən şəxsin Polşadan ölkəmizə təslim edilməsi təmin olunub.
Həmçinin, insanların etibarından sui-istifadə edərək dələduzluqda təqsirləndirilən digər 2 şəxsin yerləri Şimali Makedoniyada və Polşada müəyyən edilərək ölkəmizə ekstradisiyasına nail olunub.