Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu Sumqayıt şəhərində yerləşən Qubadlı şəhər B.Mehtiyev adına 2 saylı tam orta məktəbində keçirilib.
“Unikal” xəbər verir ki, görüşdə rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH məsul işçiləri, icra nümayəndələriiştirak edirdi.
Qəbul zamanı 18 məsələ qaldırılıb. Həmin məsələlərdən 10-u yerində həll olunub, 8-i isə baxılması üçün nəzarətə götürülüb.
Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağublı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyatı təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Eyni zamanda RİH başçısının Qubadlı şəhər B.Mehtiyev adına tam orta məktəbin müəllim kollektivi ilə də görüşü keçirilib. Görüşdə müəllimlərin fikirləri dinlənilib.
44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun düşməni məhv edib torpaqlarımızı azad etməsinə və azad olunmuş torpaqlarda başlanmış böyük quruculuq işlərinə görə, eləcə də göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə olunub.