Bu gün sosial şəbəkədə Ağdaş rayon sakini olan qazi Məmmədov Elvin Elçin oğlunun Türyançay sahilində intihara cəhd etdiyi barədə məlumat yayılıb. Onun intihar məqdədilə özünü yandırdığı, vəziyyətinin kritik olduğu qeyd edilib.
Ağdaş rayon sakini, II Qarabağ müharibəsinin iştirakçısı Elvin Məmmədov məişət şəraitində ehtiyyatsızlıqdan bədəninin döş qəfəsinin, qarın nahiyyəsinin, sol qolun yanığı diaqnozu ilə 10.07.2022-ci il tarixində xəstəxanaya müraciət edib.
"Unikal" xəbər verir ki, bununla bağlı TƏBİB məlumat yayıb.
Xəstəyə Ağdaş Mərkəzi Xəstəxanasında təcili tibbi yardım göstərilərək, Nərimanov Tibb Mərkəzinə təxliyyə edilib.
Vəziyyəti stabildir və qısa müddət ərzində ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulur.