“AzərEnerji” yüksək gərginlikli elektrik xətlərinin altındakı mühafizə zonasına yem, saman, odun yığmaq, ocaq və ya tonqal qalamaq, tarla və zəmiləri, o cümlədən taxıl sahələrinin biçindən sonra yandırmağın qanunla qadağan edilməsi barədə xəbərdarlıq videoçarx hazırlayıb.
Qeyd edək ki, son günlər ölkənin bir çox ərazilərində biçindən sonra taxıl sahələrinin yandırılması halları artıb və bu da təbii ki, daha geniş əraziləri əhatə edən yanğınlara səbəb olmaqla yanaşı elektrik xətlərinin normal iş rejiminə də təhlükə yaradır.
"Unikal" “Xətlərin altında ocaq, otlaq və ya əkin sahələrini yandırmayın ki, həyatınız və işığınız sönməsin!” devisi altında hazırlanan videoçarxı təqdim edir: