Ukraynada davam edən hərbi əməliyyatlar zamanı Rusiya Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələri “Арбалет-DM” robot pulemyotlarının quraşdırıldığı “Тигр-М” zirehli maşınlarından istifadə edir.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Rusiya Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələri “Тигр-М” zirehli maşınlarında quraşdırılmış “Арбалет-DM” uzaqdan idarə olunan robot pulemyotları ilə yaşayış məntəqələrinin “təmizləmə” əməliyyatlarını uğurla həyata keçirərək operatora vəziyyətə nəzarət etməyə imkan verir”, - agentlik qeyd edib.  

Gülayə  Mecid