Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna toplanan vəsait 74 milyon manatı keçib.
"Unikal" xəbər verir ki, Fonda toplanan vəsait 74 005 012.21 manatdır. Həmin vəsaitdən 23 483 365.53 manatı fiziki şəxslər, 50 521 646.68 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.
Fonda daxil olan vəsaitin 62 607 238.39 manatı xərclənib. Vəsaitin qalığı isə 11 397 773.82 manatdır.
Anar Kəlbiyev