"Azərsu" ASC-nin Abşeron Sukanal idarəsinin binasından su sayğacları oğurlanıb.
Daxili İşlər Nazirliyindən "Unikal"a bildirilib ki, Abşeron Rayon Polis İdarəsinə iyulun 7-nə keçən gecə Xırdalan şəhəri ərazisində yerləşən Abşeron Sukanal idarəsinin binasından 50 ədəd su sayğacının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Xırdalan şəhər sakini N.Quliyev və Tərtər rayon sakini T.Əlizadə müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.