Rusiyanın raket hücumu nəticəsində Ukraynanın Vinnitsa şəhərində ölənlərin sayı 22 nəfərə çatıb.

"Unikal" "Ukraina Online"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb. 

Bildirilib ki, 39 nəfərin taleyindən hələ ki xəbər yoxdur və axtarışları davam etdirilir. 

xxx

14:52

Rusiyanın Vinnitsaya raket hücumu nəticəsində həlak olanların sayı ikisi uşaq olmaqla 17 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Vinnitsa vilayətinin prokurorluğu məlumat yayıb.

“Artıq atəş nəticəsində əvvəllər 2-si uşaq olmaqla 17 nəfər həlak olub, 30-dan çox insan yaralanıb. Məlumat dəqiqləşdirilir”, - məlumatda deyilir.

***13:55

Rusiya Ukraynanın Vinnitsa şəhərinin mərkəzinə raket zərbələri endirib.

"Unikal" xəbər verir ki, raketlər ofis binasına düşsə də, yaşayış evlərinə də zərər dəyib.

Hadisə nəticəsində 12 nəfər həlak olub, daha 30 nəfər isə yaralanıb.