Fransadakı erməni şirkətlərinin koordinasiya şurasının sədri, ARF Bürosunun üzvü Murad Papazyanın Ermənistana girişinə qadağa qoyulub.

"Unikal" xəbər verir ki, bu barədə Papazyan özü "Facebook" səhifəsində məlumat verib. 

"Təəssüflə bildirirəm ki, dünən mənə Ermənistana giriş qadağan edilib. Baş nazir Nikol Paşinyanın əmri ilə mən, Ermənistanda arzuolunmaz şəxs sayılıram. 40 il Ermənistan, erməni xalqı və Ermənistan dövləti uğrunda döyüşdükdən sonra belə vəziyyətə düşmək məni incidir. Nikol Paşinyanın bu qərarı onun üzərinə götürdüyü məsuliyyətin öhdəsindən gəlmədiyini bir daha göstərir", - deyə o, yazıb. 

Gülayə  Mecid