Məşhur holland rəssamı Vinsent Van Qoqun əvvəllər naməlum olan avtoportreti aşkar edilib.

"Unikal" "Forbes" nəşrinə istinadən xəbər verir ki, o, portretinin üzərinə əlavə portret çəkərək rəsm əsərini gizlədib. 

Şotlandiya Milli Qalereyası (NGS) bildirib ki, avtoportret qarşıdan gələn sərgidən əvvəl rentgen şüası ilə çəkildikdən sonra Van Qoqun "Kəndli qadının başı" adlı başqa bir rəsminin arxa tərəfində karton və yapışqan təbəqələrinin altında tapılıb.

NGS mütəxəssislərinin dediyinə görə, bu, 1900-cü illərin əvvəllərində açıq-aşkar göz qarşısında gizlədilən və Van Qoqun "demək olar ki, əvvəllər bilinməyən" avtoportretidir.

Van Qoq pula qənaət etmək üçün kətanlardan təkrar istifadə etməsi ilə tanınırdı.

Ağarza Elçinoğlu