ABŞ Türkiyədən F-16 qırıcıları almaq üçün Rusiya ilə əlaqələri kəsməsini tələb edib. Çünki Vaşinqton öz hərbi texnikasını yalnız ABŞ-ın dəyərlərini paylaşan ölkələrə satacaq.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez bildirib.

Senator Ankaraya təyyarə satışına etirazını geri götürə biləcəyi şərtləri sadalayıb. Bunlar arasında Rusiyanın S-400 hava hücumundan müdafiə sisteminin alınması, Yunan adaları üzərində uçuşlar, Türkiyə hakimiyyəti ilə Moskva arasında sıx əlaqələr, jurnalist və vəkillərin həbsi də daxil olmaqla insan haqlarının pozulması var.

Mendez qeyd edib ki, o, hələlik Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələlərin heç birini öz üzərinə götürməyə hazır olduğunu görmür. Siyasətçi ABŞ-ın silah sistemlərinin satışına veto qoymaq hüququna malik olduğu üçün “F-16-nın açarlarına sahib olan" şəxs hesab olunur.

Gültəkin