Rusiya prezidenti Vladimir Putin İrana səfəri zamanı İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə görüşəcəkş.

"Unikal" xəbər verie ki, bu barədə Rusiyanın Tehrandakı səfiri Levan Caqaryan bildirib.

"Biz (Putinin) İran İslam Respublikasının ali lideri və onun prezident (İbrahim) Rəisi ilə görüşlərini gözləyirik", - Rusiya nümayəndəsi  deyib.

Caqaryan Rusiya və İran prezidentlərinin altıncı Xəzər sammitində qaldırdıqları həm ikitərəfli, həm də regional məsələlərin geniş spektri üzrə fikir mübadiləsinin Putinin səfəri zamanı davam etdiriləcəyinə dair “ən yüksək gözləntilərə malik olduğunu” bildirib. 

 Kremlin sözçüsü Dmitri Peskov qeyd eedib ki, Putin iyulun 19-da Tehrana səfər edəcək və orada İran və Türkiyə prezidentləri ilə görüşəcək