Türkiyə ordusu İraqın şimalındakı Pəncə-Kilit və Pəncə-Pələng əməliyyatında daha 5 PKK terrorçusu zərərsizləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “Twitter“ hesabında məlumat verilib.
“Terrorun kökünü kəsməkdə qərarlıyıq! Qəhrəman mehmetçik İraqın şimalında Pəncə-Kilit və Pəncə-Pələng əməliyyatı bölgələrində aşkar etdiyi 5 PKK terrorçusu zərərsizləşdirildi”,- deyə paylaşımda bildirilir.