BMT baş katibi Antonio Quterreş Rusiyanın mülki şəxslərə və infrastruktura qarşı hücumunu pisləyib.
"Unikal" xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik məlumat yayıb.
O qeyd edib ki, baş katib bu gün Rusiyanın Ukraynanın mərkəzində yerləşən Vinnitsa şəhərini raket atəşinə tutmasından dəhşətə gəlib.
Xatırladaq ki, zərbə nəticəsində üçü uşaq olmaqla 22 nəfər həlak olub. 100-dən artıq yaralı var.