ABŞ-da Türkiyəyə F-16 qırıcılarının satılması ilə bağlı səsvermə keçirilib.
"Unikal" xəbər verir ki, ABŞ Nümayəndələr Palatası, prezident Baydenin Yunanıstanın hava məkanını pozmaq üçün F-16 döyüş təyyarələrindən istifadə etməməsi ilə bağlı “konkret addımları” təmin edilmədiyi təqdirdə, F-16-ların Türkiyəyə satışını qadağan edən Pallone/Pappas düzəlişinin qəbul edilməsinə 244 üzvdən 179-u səs verib.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Komitəsi də səsvermədə F-16-ların Türkiyəyə satışının müəyyən şərtlərə bağlı olmasını şərtləndirən düzəliş tələbini qəbul edib. Dəyişiklik tələbində “ABŞ prezidentinin F-16-ların Türkiyəyə satışının ABŞ-ın milli maraqlarına uyğun olduğunu təsdiqləməsi” və “Türkiyə tərəfindən Yunanıstan torpaqları üzərindəki uçuşlarda istifadə olunmaması" kimi şərtləri yer alıb.
Xatırladaq ki, NATO-ya üzvlük prosesində Türkiyəyə terrorla mübarizə sözü verən Finlandiya və İsveçdən sonra ABŞ prezidenti Co Bayden də Türkiyənin F-16 döyüş təyyarələri tələbini müsbət qarşılayıb və Konqresi bu mövzuda razı salmağa çalışacağını bəyan edib.