Ekvadorda 6 bal gücündə zəlzələ baş verib. 

"Unikal" xəbər verir ki, zəlzələnin episentri Quayas əyalətində yerin 57,83 kilometr dərinliyində baş verib.

Tələfat və ya dağıntılar barədə hələlik məlumat yoxdur. 

Zəlzələ nəticəsində bəzi ərazilərdə elektrik enerjisi verilişində fasilələr yaranıb.

Yeraltı təkanlar paytaxt Kito, Kuenka, Quayakil, Samborondon, Duran şəhərlərində də hiss olunub.