Rusiya Ukraynada müharibənin başa çatması üçün yeni şərtlər irəli sürüb. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, Rusiya Ukraynanın işğal olunmuş ərazilərdə yeni “dövlətləri” tanıması şərti ilə müharibənin başa çatması ilə bağlı danışıqları bərpa etməyə hazırdır.

"Unikal" xarici  KİV-ə istinadən xəbər verir  ki,  bu barədə o, Rusiya mətbuatına məlumat verib.

Rudenkonun sözlərinə görə, Rusiyanın müharibəni bitirmək üçün yanaşması dəyişməz olaraq qalır. Lakin o, Rusiya tərəfinin əvvəllər bəyan etmədiyi “mövcud ərazi reallıqlarının tanınması” haqqında bəyan edib.

"Rusiyanın yanaşması dəyişməz olaraq qalır - gələcək saziş Ukraynanın neytral, bloklara qoşulmaması və nüvəsiz statusunu, mövcud ərazi reallıqlarının, o cümlədən Krımın hazırkı statusunu, eləcə də LXR və DXR-nin tanınmasını müəyyən etməlidir", - o bildirib. 

Həmçinin Rusiya XİN rəhbərinin müavini bildirib ki, Rusiya danışıqlardan əl çəkmir, lakin “nə qədər irəli gedərsə, danışıqlar aparmaq bir o qədər çətin olacaq”.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna hərbçilərinə ölkəmizin bütün bölgələrini işğaldan azad etmək tapşırığı verib. 

Gülayə  Mecid