Bakı Dövlət Universitetinin müəllimi vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.
Jurnalistika fakültəsi Yeni Media və Kommunikasiya Nəzəriyyəsi kafedrasının müəllimi olan Ayaz Musayevin 75 yaşı var idi.
Müxtəlif illərdə müəyyən vəzifələrdə çalışmış jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.